Haqqımızda

Agroten şirkəti 2020-ci ildə yaradılmış aqrar sahə üzrə çoxşaxəli bir şirkətdir. Bu şirkətin az komanda ilə öz profili üzrə fəaliyyətə başlayaraq, qısa bir zaman kəsimində genişləməsi və geniş auditoriya qazanması Agroten ailəsi olaraq, düzgün yol tutmasından xəbər verirdi. Təcrübəli mütəxəssislərimiz peşəkarlıq göstərərək və öz işlərinə səmimi, vicdanla, eləcə də qərəzsiz yanaşması komandamızın bir ailə olduğunun göstəricisi idi. Belə ki,  biz daha əvvəllər ailə kəndli fermer təsərrüfatı kimi bu yola çıxmış və müxtəlif adlar altında fəaliyyət göstərmişik. 2001-ci ildə aqrar sahəyə önəmin az olmasına, eləcə də gəlirgətirənliyinin zəyif olmasına baxmayaraq, biz düzgün bildiyimiz yolda əmin addımlarla irəliləməyə davam etdik. Ulu öndər Heydər Əliyevin aqrar sahədə islahat kompaniyasına start verməsi bizim üçün dəstək və ilham mənbəyindən birinə çevrilmişdir. Hökumətin neft strategiyası üzrə düzgün atdığı addım nəticəsində ölkəmizin, xüsusilə kənd təsərrüfatı sahəsində imkanların genişləməsinə və əhalinin rifah halının yaxşılaşmasına gətirib çıxardı ki, bu da özü özlüyündə qeyri neft sektorunun inkişafına imkan yaratmışdır. Biz ailə şirkəti olaraq, yola çıxdığımız ilk dönəmlərdən bu günə qədər  aqrar sahə prioritetimiz hesab olunmuşdur. Bu minvalla 2020-ci ildə Agroten şirkətinin yaranmasının zəruriliyini görüb Agroten adı altında fəaliyyətimizi davam etdirməyə başladıq. 

Belə ki, dövrümüzün və ölkəmizin imkanları şirkətimizi daha da genişləməyə təşviq etdmişdir. İnnovativ yanaşma və yeni həllər şirkətin imkanlarının artması üçün bir stimuldur. Bu gün Agroten şirkətinin istehsal, emal, xidmət, satış və s. qanuni sahələr  üzrə fəaliyyət göstərməsi gələcəkdə daha da potensial imkanlardan faydalanmağımıza zəmin yardaraq ölkəmizə və millətimizə töhfə verəcəyindən əminik. 

Bölgədə

13

Bölgədə

Mağazamız

29

Mağazamız

Çeşiddə məhsul

53

Çeşiddə məhsul

Məmnun mütşəri

120000

Məmnun mütşəri