
Bitkilərin mühafizəsi
Bizə məlumdur ki, ənənəvi texnologiya vasitəsi ilə tarlalarda xəstəliklərin qarşısının alınması üçün istifadə edilən pestisidlər və hormonal dərmanlar kənd təsərrüfatı məhsuldarlığını və məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yaradır. Kənd təsərrüfatı dronları bu gün kənd təsərrüfatı sektorunda sürətlə yayılmağa davam edir, xüsusən də bu zərərli təsiri minimuma endirdikləri üçün kənd təsərrüfatı dronları sağlam bitkiləri qeyri-sağlam bitkilərdən ayırmaq məqsədilə hazırlanmış sensorlara malikdir. Bu sensorlar bitkilərdə insan gözü ilə müşahidə edilə bilməyən rəng fərqlərini aşkar edir və bununlada xəstəliklər anında müəyyən olunur.
Uzaqdan idarəetmə ilə nəzarət oluna bilən dronlar hesabına fermerlər havadan müşahidə edərək yerin üzərində gözlə aşkar olunmayan bitki və torpaqlardakı ehtiyac və ya problemlərini müəyyədn edə bilir. Dron vasitəsi ilə tək uçuş zamanı yüzlərlə hektar ərazidə müşahidə apara bilir, pestisidlərin vurulması üçün lazım olan əraziləri müəyyən edilə bilər.
Uzaqdan müşahidə hesabına dronlar bitkilərdə zərərvericiləri xəstəlikləri erkən aşkarlanmasına imkan verir. Dronların tez reaksiya vermək qabiliyyəti bizə zərərvericilərin və xəstəliklə çox yayılmadan müdaxilə etmək şansı verir.