SOCAR KARBAMİD New

SOCAR KARBAMİD

24.00 ₼

Karbamid gübrəsinin əsas komponenti tərkibində 46% olan azotdur. Bu, bütün mövcud olan azot gübrəsinin ən çox konsentrasiyasıdır. Bu olduqca çox yönlü və təhlükəsiz gübrədir. Bitkiləri mənfi faktorlardan qoruyur, yaxşı məhsul əldə etməyə təmin edir. Karbamid gübrəsi yazlıq yemləmə gübrəsidir.

Xarakterik xüsusiyyətləri:

  • Bitki orqanizmində zülalların, fermentlərin və xlorofilin yaranmasında rolu böyükdür. 
  • Bitkilərdə yarpaqların, gövdələrin və budaqların inkişafı da daxil olmaqla, vegetativ inkişafı təmin edir.
  • Bitkilərdə məhsuldarlığı artırır.
  • Dənli bitkilər, taxıllar, tərəvəzlər, meyvələr və s. daxil olmaqla geniş çeşiddə məhsullarda istifadə edilə bilər.
  • Bitkilərdə quraqlığa, zərərvericilərə və xəstəliklərə, stresə qarşı müqavimətin artmasına kömək edir.
  • Ammonium əsaslı gübrələrdən fərqli olaraq karbamid torpağın turşululuq səviyyəsini zəruri olan balansda saxlayaraq bitkilər tərəfindən optimal qida qəbulunu təmin edir.
  • Beləliklə, torpağın pH səviyyəsi dəyişməz olaraq qalır.

Tərkibi:

  • Kimyəvi formulu NH₂CONH₂ şəklində olan karbamid kənd təsərrüfatından sənayeyə qədər müxtəlif sektorlar üçün mühüm rol oynayan əsas kimyəvi birləşmələrdən biridir. Kimyəvi formuluna nəzər salsaq karbamid: karbon, azot, hidrogen və oksigen atomlarından ibarət sadə üzvi birləşmədir. Otaq temperaturunda ağ, kristal bərk formada mövcuddur. Su, etanol, maye ammonyak kimi polyar həlledicilərdə asanlıqla həll olsa da, alkanlar, xloro-form kimi qeyri-polyar həlledicilərdə isə həll olmur.

İstifadə qaydası:

  • Taxıllarda becərmə dövründə yağışdan əvvəl 
  • Meyvə ağaclarında çiçəklənmədən əvvəl və payızda
  • Üzüm bağında ilk dırmıqlamadan əvvəl
  • Tərəvəzlərdə yarısı əkildikdən 15 gün sonra, digər yarısı bar verdikdən sonra
  • Bağda yarısı əkin zamanı, digər yarısı isə dırmıqlamadan əvvəl
  • Karbamid gübrəsinin torpaqda həll olaraq qarışmasını təmin etmək üçün yağışlı havalardan 1-2 gün öncə torpağa tətbiq edilməsi vacibdir.
  • Yağıntıların olmadığı zaman isə taxıl əkin sahələrinə perpendikulyar istiqamətdə yaşıl mala çəkilməsi uyğundur ki, bu metod həmçinin bitkilərin inkişafını daha da stimullaşdırır. 
  • Gübrə itkisinin qarşısını almaq üçün sahəni dərhal suvarmaq vacibdir.

Oxşar məhsullar